<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://draft.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Sunday, November 27, 2005

Əza günü


Əhli-beyt (ə) məzhəbinin altıncı imamı Cəfər Sadiqin (ə) şəhadəti münasibəti ilə İmamət asimanının 12-ci parlaq ulduzu İmam Zamana (ə), bütün dünya müsəlmanlarəna, xusüsi ilə şiələrə başsağlığı deyirik.
İMAM CӘ`FӘR SADİQ (әleyhis-salam)

Lәqәblәri: ... Sadiq, Tahir, Qaim, Kafıl, Münci, Sabir, Müsәddiq, Mühәqqiq, Kaşifül-hәqaiq.
Künyәsi: ... Әbu Әbdillah.
Atası: ... Məhәmmәd Baqir (әleyhis-salam)
Anası: ... Fatimә.
Doğulduğu gün: ... 17 Rәbiül-әvvәl.
Doğulduğu yer: ... Mәdinə.
Doğulduğu il: ... 83-cü hicri ili.
Şәhid olduğu gün: ... 25 şәvval.
Şәhid olduğu il: ... 148-ci hicri ili.
Ömrü: ... 65 il.
Şәhadәtinin sәbәbi: ... O hәzrәti (ə), Mәnsur Dәvaniqi zәhәrlәmişdir.
Dәfn olunduğu yer: ... «Bәqi'» qəbiristanlığı.
Övladlarının sayı: ... 10 (7 oğlan, 3 qız).
Oğlanları:
1. İsmayıl.
2. Әbdüllah (Әftәh).
3. Musa Kazim (әleyhis-salam).
4. İshaq.
5. Mәhәmmәd Dibac.
6. Abbas.
7. Әli.
Qızları:
1. Fatimә.
2. Әsma.
3. Ümmü-Fәrvә.
Üzüyündәki yazı: «Allahu Xaliqu kulli şәyin.» (Allah hәr bir şeyin xaliqidir).
İMAM SADİQDƏN (Ə) QISA KӘLAMLAR

1. Qardaşının istәyini yerinә yetirmәk üçün çalışan hәr bir müsәlman, Allah yolunda cihad edәnlәr kimidir.
2. Namazlarına əhəmmiyət verməyən kimsә, qiyamәt günündә bizim şәfaәtimizә nail olmayacaqdır.
3. Dünyanı sevmәk vә ona bağlılığın nәticәsi narahatlıq vә kәdәrdir. Dünyada tәqvalı vә pak olmağın nәticәsi isә ruh vә bәdәnin rahatlığıdır.
4. Güclülәrin gücsüzlәrdәn intiqam alması nә qәdәr dә pisdir.
5. Uşaqlarınız sizә yaxşılıq etsinlər deyə, siz dә ata-analarınıza yaxşılıq edin.
6. Xalq arasında özündәn daha elmli bir şəxsin olmasına baxmayaraq, xalqı özünә tәrәf çağıran kimsә azğındır.
7. Doğru olmayan zarafatlardan çәkinin. Çünki düşmәnçiliyә vә bir-birinizә kin bәslәmәyә sәbәb olar.
8. Münafiqin nişanәlәri üç şeydir: 1. Danışanda yalan deyәr; 2. Verdiyi vә'dә vәfa etmәz; 3. Әmanәtә xәyanәt edәr.
9. Başqalarına paxıllıq etmәyin, çünki (paxıllıq) sizi Allahdan uzaqlaşdırar.

0 Şərh var:

:
:
:

<< Ana səhifə