<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Friday, December 08, 2006

Həzrət Məhdi(ə) ilə görüş


İmam Həsən Əskəri(ə)-ın həyatından danışarkən geniş mə’lumat verdiyimiz kimi, zalım Abbasi hökuməti o həzrətin (imam Əskəri(ə)-ın) oğlunu ələ keçirib öldürmək məqsədilə imam Əskəri(ə)-ın evini ciddi nəzarət altında saxladığından imam Məhdi(ə)-ın anadan olması imam Həsən Əskəri(ə)-ın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mö’təbər xəbəri o həzrətin anadan olmasının yaxından şahidi olmuş imam Həsən Əskəri(ə)-ın bibisi Həkimə xanım vermişdir. Qeyd etmək lazımdır ki, o həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yə’ni, imam Həsən Əskəri(ə)-ın sağ olduğu müddətdə həzrət Məhdi(ə)-ı beş-altı yaşına qədər heç kəs görməmişdir. Xeyr, şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o həzrəti görməyə nail olmuş, beləliklə də onun anadan olmasına yəqinlik edir, lazım gəldikdə başqa şiələrə də bu haqda mə’lumat verirdilər. (Necə ki, bu görüşlərdən birini imam Həsən Əskəri(ə)-ın həyatından danışarkən qeyd etmişdik.) Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş,1 lakin bunların içərisində ən əsası çox güman ki, imam Həsən Əskəri(ə)-ın qırx səhabəsinin o həzrətlə görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.Həsən ibn Əyyub ibn Nuh2 deyir: “İmam Həsən Əskəri(ə)-dan sonrakı imamın kim olacağı barədə soruşmaq üçün o həzrətin yanına getdik. Orada qırx nəfər idik. (Sonradan imam Məhdi(ə)-ın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: “Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm.” İmam Həsən Əskəri(ə) Osmana “əyləşin” -deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: “Heç kim durub getməsin.” Buna görə də kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra imam Əskəri(ə) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: “İstəyirsiniz bura nə üçün gəldiyinizi deyim?” Hamı “buyurun” -deyə cavab verdi. İmam buyurdu: “Bura məndən sonra kimin imam olacağı barədə soruşmaq üçün gəlmisiniz.” Hamı “bəli” dedi. Bu vaxt ay kim işıqlı (nurani), imam Həsən(ə)-a oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri(ə) ona işarə edərək buyurdu: “Bu, məndən sonra sizin imamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər...”

Monday, October 23, 2006

SABAH RAMAZAN BAYRAMIDIR


Əziz müsəlmanlar, sizi sabahkı Ramazan bayramı münasibəti ilə təbirik edir və Uca Allahdan bütün ibaətlərinizin qəbul edilməsini arzulayıram.

Tuesday, October 17, 2006

Həzrət Əli (ə) aşıqlərinə yeni töhvə- "Nəhcul-bəlağə"nin mətni



Fəsahət və bəlağətdə həqiqətən də bərabəri olmayan, mövzu baxımından İslam dininin əsaslarına, o əsasların vacib saydığı hökmlərə, hökmlərin təşrihi səbəblərinə toxunan, bunları islam Peyğəmbərindən (s.ə.v.v.) əxz etdiyi hududsuz elm qudrətilə açıqlayan, içtimai və iqtisadi məsələlərə, İslam dininin insani göruşunə aydınlaşdırıçı işıqlar tutan «Nəhcul-bəlağə» Əmir-əl-mö`minin Əli ibni Əbu Talibin (ə) xütbələrinin, sözlərınin, öyudlərinin, vəsiyyətlərinin, məktublarının və hikmətli sözlərinin toplanmasından meydana gəlmişdir. Bunları Şərif Rəzi Məhəmməd ibni Hüseyn toplayıb kitab halına salmış və üç bölumə ayırmışdır. Birinci bölumə xütbələri, ikinci bölumə əsasən məktubları, üçüncu bölumə isə hikmətli sözləri daxil edilmişdir.

DÜNYA ZÜHURDAN SONRA


Və`dəsi verilmiş Məhdi (ə.c.)-in zühur edəcəyi dövr haqqında çoxlu hədislər gəlmişdir. Həmin dövrdə yer kürəsində vahid hökumət bərpa olunacaqdır.
Bütün batil dinlər məhv olaraq aradan gedəcək, yer üzərində vahid din olaraq haqq din –

İslam dini olacaqdır. Bütün insanlar bu dinə iman gətirəcək, bu din vasitəsilə haqqa qovuşaraq öz Xaliqlərinə ibadət edəcəklər. İndiki dövürdə olan zülm, haqqsızlıq aradan gedərək o Həzrətin əli ilə yer üzü ədalətlə dolacaqdır. Belə ki, bütün insanlar öz haqqına yetişəcək və heç kəs onların haqqını qəsb edə bilməyəcəkdir.

Yaranacaq vahid hökumətdə bütün dövlət qanunları – indiki zamanda insanlar vasitəsi ilə təsis olunan və iki gündən bir dəyişən heç bir həqiqəti olmayan, ədaləti təcəssüm etdirməyən qanunlar kimi olmayıb – Xaliqin özü, öz məxluqu üçün tə`yin etdiyi və İslam dini adı ilə bizə göndərdiyi müqəddəs qanunlar əsasında olacaqdır. Həmin dövürdə İmamın vasitəsilə İslamın həqiqəti Peyğəmbərin zamanında olduğu kimi insanlara çatdırılacaq, hal-hazırda bizə aydınlaşmayan məsələlər İmamın mübarək vücudu vasitəsilə bizlərə çatdırılacaqdır.

Müxtəlif hədislərdə o dövrün əzəməti barəsində bəyan edilmişdir. Bu hədislərə təkyə edərək həmin zamanda baş verəcək dəyişikliklərdən onunu sizlərə çatdırmaqla kifayyətlənirik:

1-İslam hakimiyyəti bütün dünyada

İmam Baqir (ə) bu ayənin «Və qatlihum hətta latəkun fitnə və yəkunəddinə lillah» (İnfal 39) təfsiri barəsində belə buyurur:

«Bu ayənin təvili hələ gəlməmişdir. Elə ki, təvili yetişdi İmam Mehdi müşriklərdən o qədər öldürəcək ki, yerdə qalanlar Allahın izzət və cəlalına pərəstiş etsinlər. Həmin zamanda şirkdən heç bir əsər əlamət qalmaz. Bunların hamısı bizim Qaimimizin zamanında baş verəcəkdir.»

İmam Sadiq (ə) buyurur:

«Həzrət Qaim qiyam edən zaman elə bir şəhər qalmayacaq ki, oradan kəlmeyi şəhadət sədası eşidilməsin.»

2-Dini ayinlərin bərpası

İmam Kazim (ə) Hədid surəsinin 17-ci ayəsinin təfsirində o Həzrətin Qiyamına işarə edərək buyurur:

«Bu ayədə məqsəd Allahın yer üzünü yağışla diriltməsi deyil. Allah elə insanlar vücuda gətirəcək ki, onların əli ilə yer üzündə ədalət və dini ayinləri dirçəldəcəkdir.»

3-Quranın dirilməsi və Qur`an maarifi

İmam Əli (ə) O həzrətin qiyamına işarə edərək buyurur:

«Əhli beyt şiələrini görürəm ki, Kufə məscidinə yığışıb xeymələr qurmuşlar və orada Qur`ani kərim peyğəmbərə necə nazil olmuşdusa elə o cür başqalarına öyrədirlər.»
(Biharül ənvar c. 52 səh. 366)

Əmir əl-möminin (ə) digər bir xütbəsində İmam Zamanın dünyanı (ə) idarə üsulu barəsində buyurur:

«İnsanlar haqqı öz həvayi nəfslərinə tabe etdikləri zaman, o zühur edəcək və nəfsani istəkləri haqqa tabe edəcək.»
(Nəhcül bəlağə xütbə 138 s. 190)

«İnsanlar Qur`anı öz rəylərinə əsasən təfsir etdikləri zaman o zühur edəcək və düşüncələri Qur`ana uyğunlaşdıracaq.»

4-Ədalətin yayılması və zülmün aradan qaldırılması

Həzrəti Rəsul (s) buyurur:

«Həzrət Məhdi (ə) mənim övladlarımdandır. O qeybə çəkiləcək və nəhayət zühur edərək zülümlə dolmuş yer üzünü ədalətlə dolduracaq.»
(Yənabiul məvəddət s. 668)

Bu və digər hədislər sünnü və şiə kitablarında mütavatir həddindədir. Onaların çoxunda ədalət və qist bir-birinin kənarında gəlmişdir. Bu iki kəlmənin bir-birindən fərqi vardır.

Ədl qistdən daha geniş mənaya malikdir. Qist ancaq başqalarının haqqına riayət etməkdir ədl isə hamının və hər şeyin haqqına riayətdir. Qist yalnız başqaları üçün işlənir, ədl isə insanın özü ilə, Allahı ilə və başqalarıyla rabitəsinə də şamil olur. Qist sövrün ziddinədir, ədl zülmün.

5-İslamın çiçəklənməsi

İmam Sadiq (ə) buyurur:

«O, Həzrət qiyam etdiyi zaman insanları yenidən İslama də`vət edəcək.»
(Biharül ənvər c. 51 səh. 30)

Peyğəmbərin vəfatından sonrakı dövr həqiqətən də çox böhranlı bir dövr idi. Xəlifələrin hakimiyyətə gəlməsi, İslam mənbələrinin, din maarifində səhv təfsirlərin mövcudiyyətinə gətirib çıxardı. Camaatın Peyğəmbərin həqiqi davamçıları olan Əhli beytdən uzaqlaşması, məxsusən uzun müddətli qeyb dövründə vəhyin əsl həqiqətləri müsəlmanlara qaranlıq qaldı.

İmam Sadiq (ə) əvvəlki sözlərinin davamında buyurur:

«O, yenidən camaatı islama də`vət edəcək və onları unudulmuş hökmləri yerinə yetirməyə vadar edəcək. Həqiqətən 12-ci imam camaatı unudulmuş hökmlərə tərəf hidayət etdiyi üçün «Məhdi», Haqq uğrunda qiyam etdiyi üçün «Qaim» adlandırılmışdır.»
İmam Baqir (ə) həzrət Məhdinin hökumətinin idarə üsulu haqqında buyurmuşdur:
«O, Peyğəmbər (s) kimi rəftar edəcək. Xürafatları aradan aparacaq, necə ki, Allah Rəsulu (s) cahiliyyət dövrünün tör-töküntülərini aradan apardı. O İslamı əvvəlki halına qaytaracaq.»
(Mikayalul Məkarim c. 1 səh. 57 hədis 98)

6-Elm və maarifin kamalı

İmam Sadiq (ə) buyurur:

«Elm iyirmi yeddi hissədən ibarətdir. Peyğəmbərlərin gətirdiyi elmlər yalnız iki hissədir. Deməli indiki insanlar iki hərfdən artıq heç nə bilmirlər. Qaimimiz qiyam edən zaman iyirmi beş hərfini aşkar edər və camaat arasında aşkar olan iki hissəyə də əlavələr edər.»
(Biharul ənvar cild 52 səh. 336 73-cü hədis)

«Elm öyrənmək vasitəsi o qədər çox yayılacaq, elm öyrənmək o qədər asanlaşacaq ki, hamı elmə yiyələnəcək və daha bir-birinin elminə ehtiyac duymayacaqlar.»

İmam Baqir (ə) buyurur:

«Həzrət Məhdi (ə) hikmət və elmi aşkar edən zaman qadın öz evində Allahın kitabı və peyğəmbərin sünnətinə əsasən hökm verər.»
(Biharul ənvər c. 52 s. 352)

Əli (ə), Məhdinin (ə) zühurundan sonrakı dövr barəsində buyurur:
«Elm mö`minlərin ürəklərinə yayılar və artıq mö`min öz mö`min qardaşının elminə ehtiyac duymaz.»
(Bihərul ənvar c. 53 səh. 76)

7-Ağılların inkişafı

İmam Baqir (ə) buyurur:

«Bizim qaimimiz qiyam edən zaman Allah taala əlini bəndələrinin başı üzərinə qoyar və bununla da onların ağıllarını cəmləşdirib düşüncələrinə kamillik bəxş edər.»
(Muntəxəbül əsər fəsl 7 bab 12 səh. 473)

«Bütün yaxşılıqları ağılda tapmaq olar»

«İnsanın dini ağlıyladır. Hər kəsin ağlı yoxdursa dini yoxdur»

«Mömün insanın yol göstərəni ağlıdır»

«Ağlı istiqamətlənməyən şəxsin dini istiqamətlənməz»

Xeyir işin dəyərini həmin şəxsin ağlında tap:

«Camaat yaxşı işlər edirlər amma öz savablarını qiyamət günü öz ağılları qədər taparlar.»

Şəxsin dinini onun ağlı ilə müqayisə et:

«Bir nəfərin müsəlmanlığı sizi təəccübləndirməsin o zaman ki, onun düşüncəsinin dərinliyini yoxla.»

Bunlar ağılın əhəmiyyəti barədə olan hədislər idi. Bəşəriyyətin başına gələn bütün bəlalar onun ağlının, dərk səviyyəsinin darlığından irəli gəlmişdir.

8-Əmniyyət və rahatlıq

«Onun zamanında «qoyun və canavar», «inək və şir», «insan və ilan» mehribanlaşar.»
(Biharül ənvar c. 51 s. 61)

Həzrət İdrisin (ə) səhifəsindən nəql olunur:

«Ali Muhəmmədin qaimi zahir olan zaman yer üzü əmniyyət tapar. Bir-birinə zərər vurmaq və qorxu aradan gedər. Vəhşi heyvanlar insanlarla yaşayar və bir-birinə əziyyət yetirməzlər.»
(Biharül ənvar c. 52 s. 384)

Əmirəl Mö`minin Əli (ə) buyurur:

«Həzrət Mehdinin dövründə bir qadın Şam və İraq arasında yol gedərkən ayağını yaşıllıq və bitki üzərindən başqa yerə qoymaz. Onun yanında qiymətli əşyaların olmasına baxmayaraq heç bir quldur ona hücum etməz və o qadın heç nədən qorxmaz.»
(Mikyalul Məkarim c. 1 s. 101 hədis 228)

9-Könüllərin ülfəti

Əmirəl-mö`minin Əli (ə) Peyğəmbərdən soruşur:

«Mehdi (ə) bizim ailəmizdəndir?

Bəli, Allah taala dini bizim əlimizlə başladığı kimi onun əlilə yekunlaşdıracaq. Camaat onun vasitəsilə fitnələrdən qurtular necə ki, bizim vasitəmizlə şirkdən nicat tapdılar, Allah taala onun vasitəsilə fitnə və düşmənlikdən sonra ülfət və qardaşlıq vücuda gətirəcək necə ki, bizim vasitəmizlə düşmənlik və şirkdən sonra dində ülfət vücuda gətirdi.»
(Biharul ənvar c. 51 hədis 34)

Əli (ə) buyurur:

«Allah taala Həzrət Mehdi (ə) vasitəsilə müxalif ürəklər arasında ülfət və dostluq vücuda gətirəcəkdir.»

Digər hədisdə buyurur:

«Bizim qaimimiz qiyam edərkən göy yağışını yağdırar, yer bitkilərini bitirər və düşmənlik və kin bəndələrin ürəklərindən gedər.»

10-yer üzünün günahlardan paklanması

İmam Sadiq (ə) Məhdi (ə) zühurundan sonra camaatın halı barəsində buyurur:

«Yer üzündə Allahın fərmanından qaçılmaz və itaətsizlik olmaz.»

ILAHI MÖCÜZƏ. O həzrətin xəyanət nəticəsində reallaşan cismani ölümü belə, bəşəri dühasini sarsida bilmədi



Bismillahir Rəhmanir Rəhim. Həzrət Əlinin (ə) şəxsiyyəti o qədər zəngindir ki, heç kəs onu tam təfərrüatı ilə dərk edə bilməz. Bu məsum şəxsin xüsusiyyətlərindən biri, onun insanlar üzərindəki təsiridir. Həzrət Əli (ə) misilsiz və müqayisə olunmaz şəxsiyyətdir. O həm filosof, həm rəhbər, həm də peyğəmbərlərə məxsus xüsusiyyətlərə malikdir. Onun məktəbi həm inqilab, həm də gözəllik məktəbidir. Həzrət Əli (ə) hikmət sahibi, ictimai rəhbər, natiq, yazıçı və bütün gözəllikləri özündə əks etdirən kamil bir insan idi.

Həzrət Əli (ə) Islamı qəbul edən ilk şəxsdir. Bu barədə hamıdan əvvəl Həzrət Peyğəmbər xəbər verərək camaat arasında buyurmuşdur: “Qiyamət günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs Islamı birinci qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır”.

Həzrət Əli (ə) özü isə hədislərin birində belə buyurmuşdur: “Ilahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. Ilk dəfə olaraq sənin xəbərini eşitdim və Peyğəmbərin dəvətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı”.
Qurani-Kərimdə Həzrət Əlinin (ə) vilayətinə işarə olunur: “Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün Islamı seçdim” (“Maidə”, 3).

Həzrət Peyğəmbər (s) son həcc ziyarətindən dönərkən Qədir-Xum adlanan yerdə dayanmağı əmr verdi. Hamı sakit olandan sonra mənbər düzəltdilər və Həzrət gözəl, təsirli xütbə oxudu. O, özünün yaxın günlərdə əbədi evə köçəcəyinə işarə etdi və Həzrət Əlini (ə) özündən sonra din və dünya işlərinin rəhbəri kimi təqdim edərək onun əlini yuxarı qaldırdı və buyurdu: “Ey camaat, hər kəs məni mövla bilirsə, Əli onun mövlasıdır”.
Həmin gün Mühacir və Ənsar Həzrətin çadırına gedib, onu təbrik etdilər.

HƏYATI

Həzrət Əli (ə) “Amul-fil” (Fil ilinin) 30-cu ilində, Hicrətdən 23 il əvvəl, rəcəb ayının 13-də Kəbə evində dünyaya gəlmişdir. Atası Əbutalib, anası isə Fatimə Əcəd qızı olmuşdur. Bu barədə ibn Qənəb belə deyir: “Əbdül Mütəllibin oğlu Abbas və başqaları ilə Allah evinin qarşısında dayanmışdıq. Əsəd qızı Fatimə Allahın evinə tərəf gəldi və dedi: “Ey Allahım Sənə, Peyğəmbərlərə və kitablara inamım vardır. Səni, bu evi əmrinlə tikən Ibrahim (ə)-a və bətnimdə olan bu uşağa and verirəm ki, onun doğulmasını mənə asan elə”.

Elə bu zaman Allah evinin divarı yarıldı və o əziz xanım içəri daxil oldu. Allahın hikməti ilə divar yenidən qapandı...

Dörd gündən sonra əziz xanım qucağında bir körpə Allahın evindən bayıra çıxdı və dedi: “Qeybdən bir səs gəldi ki, bu uşağın adını Əli qoy”.

Həzrət Əli (ə) ömrünün əsas formalaşma dövrünü Mühəmməd Peyğəmbərin evində, onun təlim-tərbiyəsi altında keçirmişdir. Peyğəmbər Əli (ə)-ı öz öhdəsinə götürərək buyurmuşdur: “O kəsi seçdim ki, Allah-Təala onu mənim üçün seçmişdir”.
Ümumiyyətlə, Əbu-Talibin uşaqları arasında Həzrət Əlini (ə) Peyğəmbərin (s) gözü tutmuşdu.

ƏLI (Ə) HIRA MAĞARASINDA

Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var ki, o da bu dağın adı ilə əlaqədar Hira mağarası adlanırdı və Peyğəmbər bir ay ərzində bu mağarada ibadətlə məşğul olardı. Tarixçilərin dediyinə görə, Peyğəmbər (s) Əlini (ə) özü ilə həmin Mağaraya aparardı və vəhy mələyi ilk dəfə Hira mağarasına gəlib Mühəmmədin (s) Allah-Təala tərəfindən Peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, Həzrət Əli (ə) da onun yanında olub.

ƏLI (Ə) DÖYÜŞ MEYDANLARINDA

Həzrət Əlinin (ə) həyatı Peyğəmbərin hicrətindən və o Həzrətin vəfatına qədər çoxlu hadisələrlə, xüsusən döyüş meydanında göstərdiyi hünər və şücaətlərlə doludur. Buna misal olaraq Bədr döyüşü, Ühüd, Xəndək, Cəməl, Nəhrivan və Siffeyn döyüşlərini göstərmək olar.

HƏDISLƏRI

* Ey camaat, sizin üçün məni nigaran edən ən qorxulu şey iki növdür: nəfsani hərəkətlərinizə itaət etməyiniz və uzun-uzadı arzularınız. Nəfsani həvəslərə itaət etmək insanı düz və haqq yoldan saxlayar, uzun-uzadı arzular isə Axirəti unutdurar.

* Qeyrətli adam heç vaxt zina etməz.

* Istər ciddi, istərsə də zarafatyana yalanları tərk etməyən şəxsin imanı olmaz.

* Dünya bir ilan kimidir, yumşaq və incə olduğuna baxmayaraq, öldürücü zəhəri var. Nadan ona bel bağlayar, ağıllı və ayıq adam ondan çəkinər.

* Camaatı bir əmələ çağıran və özü öz çağırışına əməl etməyən adam, yaysız kamanla ox atan adama bənzər.

Sunday, October 15, 2006

IMAM MEHDI (E) HAQQINDA SAYTLAR


Imam Mehdi haqqinda bilgi almaq, daha da etrafli melumata malik olmaq her bir intizar ceken sexsin en boyuk arzusudur. Biz de bunu nezere alaraq Imam Mehdi ile bagli olan muxtelif dillerde olan saytlari size teqdim edirik.

Friday, October 13, 2006

HӘZRӘT ӘLI ӘLEYHISSALAMIN ŞӘHADӘTI


Nəhrəvan müharibəsindən sonra xaricilər adlı bir dəstə Məkkədə hər gün yığıncaqlar təşkil edib Nəhrəvanda ölənlər üçün ağlayırdılar. Bir gün onlar öz aralarında belə bir fikrə gəldilər ki, oturub ağlamağın mə᾽nası yoxdur. Islam hökumətini devirib qardaşlarımızı öldürən adamları məhv etməliyik. Әvvəlcə Әli, Müaviyə və Әmr ibni Ası öldürmək lazımdır. Bu üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda ibni Mülcəm (lə᾽) ayağa qalxıb «mən Әlini öldürəcəyəm» dedi. Daha sonra Әmr ibni Bəkri Təmimi «mən də Әmr ibni Ası öldürəcəyəm» söylədi. Bir başqası da Müaviyəni öldürməyi öz öhdəsinə aldı.

Onların üçü də and içib mübarək Ramazan ayının 19-u planlarını həyata keçirmək üçün münasib vaxt bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri adamların yaşadıqları şəhərlərə yollandılar. Təəssüflər o iki nəfər işlərində müvəffəq olmadılar, amma Ibni Mülcəm (lə᾽) müvəffəq oldu.

Ibni Mülcəm (lə᾽) Kufəyə gəlib Әli əleyhissalamın düşmənləri ilə əlaqə yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı.
Bir gün Әli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. Ibni Mülcəm (lə᾽) özünü gizlətmək istədisə də Әli (ə) onu görüb belə buyurdu: «Kufəyə nəyə gəldiyini bilirəm».

Bu sözləri eşidən Ibni Mülcəm (lə᾽) qorxdu və ayaqları titrəməyə başladı. həzrət Әli əleyhissalama belə dedi: Onda ey Әli əmr et ki, məni öldürsünlər ya zindana atsınlar, ya da sürgün etsinlər».

Әli (ə) ona baxıb belə dedi: «Bu üç təklifdən hər birini sənin haqqında tətbiq edə bilmərəm. Amma islam dini öldürmə və cinayətdən qabaq qisası rəva görməz. Səni sərbəst buraxıram ki, bəlkə fikrindən dönəsən».

Nəhayət hicri 40-cı ilin Ramazan ayının 19-da Ibni Mülcəm (lə᾽) namazda səcdə halında olan həzrət Әli əleyhissalamın başına zəhərli bir qılıncla vurdu. Bununla da təqva və iman dağını yıxıb həzrət Әli əleyhissalamı şəhid edərək islam dünyasını matəmə qərq etdi. həzrət Әli əleyhissalamın mehrabdakı «And olsun Allaha ki, artıq qurtuldum» səsinin dalınca mələk Cəbrailin səsi yüksəldi: «Vallahi, hidayət sütunları yıxıldı və Әli şəhid edildi.» Camaat Әli əleyhissalamın qatilini tutub imam Həsən-Müctəba əleyhissalama təhvil verdilər. Imamın yaralı bədənini isə öz evinə apardılar.

Imam Әli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: «Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Әgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın.»
Amma əfsus ki, Әli (ə) daha yaşamadı. Və Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni gizlin şəkildə Nəcəfi-əşrəf şəhərində torpağa tapşırıldı.

Qədr gecəsinin əhəmiyyəti və Fatimə (s)


Qədr gecəsinin əhəmiyyəti hamıya aydındır. İlin gecələri arasında onun tək şərafətlisi yoxdur. Qədr gecəsi bir il üçün talehlərin yazıldığı, ilahi bərəkətin nazil olduğu gecədir. Onun fəziləti min ayın fəzilətindən artıqdır. («Qədr» surəsi, ayə 3).

Bu gecədə ilahi mələklər haqqın layiq bəndəsinə nazil olar. Bu gecədə Allahın xüsusi mərhəmət qapıları hamı üçün açıqdır. Layiq insan ibadət və bu gecəni oyaq qalmaqla bəhrələnmək ümidindədir.

Gərək özü «Qədr gecəsi» adlanan Fatimə (s) bu gecəni necə keçirir. Fatimə (s) bu gecəyə o qədər əhəmiyyət verir ki, gecə oyaq qalmaları üçün azyaşlı övladlarını əvvəlcədən hazırlayır. İstəyir ki, körpələr sübhədək ibadət edib, öz gələcək səadətlərinə tə’minat alsınlar. («Bəhar» cild 94).

Fatimənin (s) qaydası bu idi ki, Qədr gecəsi ailədən kimsə yuxuya getməsin. Bir gün əvvəldən ailəni azca yedirməklə, istirahətlə gecəni oyaq qalmağa hazırlayırdı. Buyurardı ki, məhrum Qədr gecəsinin xeyr və fəzilətindən əli çıxan şəxsdir.

QƏDR GECƏLƏRİNİN MƏXSUS ƏMƏLLƏRİ


19-Cİ GECƏNİN ƏMƏLLƏRİ

19-cu gecənin məxsus əməlləri aşağıdakılardan ibarətdir:

1. 100 dəfə

‏أَسْتَغْفِرُ اللَّهَ وَ أَتُوبُ إِلَيْه

«əstəğfirullahə və ətubu iləyh»
demək (Allahdan bağışlanmaq istəyirəm və Ona tərəf qayıdıram).

2. 100 dəfə

‏اللَّهُمَّ الْعَنْ قَتَلَةَ أَمِيرِ الْمُؤْمِنین

«Allahumməl`ən qətələtə Əmiril-mö`minin»
(İlahi, Əmirəl-mö`mininin qatillərinə lə`nət et!)


3. Aşağıdakı duanı oxumaq:

يَا ذَا الَّذِي كَانَ قَبْلَ كُلِّ شَيْ‏ءٍ ثُمَّ خَلَقَ كُلَّ شَيْ‏ءٍ ثُمَّ يْقَى وَ يَفْنَى كُلُّ شَيْ‏ءٍيَا ذَا الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ يَا ذَا الَّذِي لَيْسَ فِي السَّمَاوَاتِ الْعُلَى وَ لاَ فِي الْأَرَضِينَ السُّفْلَى‏وَ لاَ فَوْقَهُنَّ وَ لاَ تَحْتَهُنَّ وَ لاَ بَيْنَهُنَّ إِلَهٌ يُعْبَدُ غَيْرُهُ‏لَكَ الْحَمحَمْداً لاَ يَقْوَى عَلَى إِحْصَائِهِ إِلاَّ أَنْتَ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلاَةً لاَ يَقْوَى عَلَى إِحْصَائِهَا إِلاَّ أَنْتَ‏

(Tərcüməsi:)
Ey hər bir varlıqdan öncə mövcud olan, sonra hər bir varlığı xəlq edən. Sonra hər bir varlıq fani olur və yalnız O baqi qalır. Ey O Kəs ki, Onun misli, tayı-bərabəri olacaq bir varlıq yoxdur, ey O Kəs ki, uca (təbiətli) asimanlarda, alçaq (təbiətli) yerlərdə, onların üstlərində və altlarında, onların arasında Səndən başqa ibadətə layiq olacaq bir mə`bud (ilahi) yoxdur. Həmd, səna və tə`rif olsun Sənə! Elə bir həmd ki, onu saymağa Səndən başqa bir kəsin qüvvəsi çatmaz. İlahi, Muhəmməd və Ali-Mühəmmədə salavat göndər, elə salavat ki, Səndən başqa bir kimsə onu saya bilməz.

4. Bu duanı oxumaq lazımdır:

اللَّهُمَّ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ‏ وَ فِيمَا تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكِيمِ فِي لَيْلَةِ الْقَدْرِ وَ فِي الْقَضَاءِ الَّذِي لاَ يُرَدُّ وَ لاَ يُبَدَّلُ ‏أَنْ تَكْتُبَنِي مِنْ

حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ‏ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِي وَ تُوَسِّعَ عَلَيَّ فِي رِزْقِي وَ تَفْعَلَ بِي كَذَا وَ كَذَا

(Tərcüməsi:)
İlahi, Qədr gecəsində hökm və müqəddər etdiyin qaçılmaz olan əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarıla bilməyən qəzavətində (hökmündə) məni Öz Evinin–Beytüllahül-Həramın hacılarından, həm də həcləri gözəl, sə`ylərinin əvəzi verilmiş, günahları bağışlanmış, pis əməlləri pərdələnmiş qərar ver. Hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimdə vüs`ət bəxş edəsən və mənim üçün bu işləri edəsən.
«kəza» və «kəza» kəlmələrinin yerinə öz hacətlərini deyib sonra Qədr gecələrində lazım olan əməlləri görmək lazımdır:


1-qüsl almaq, yaxşı olar ki, gün batan zamana yaxın bir vaxtda qüsl alıb, axşam namazını qüsl ilə qılasan.

2-iki rük`ət namazdır ki, hər rük`ətdə «Həmd»dən sonra 7 dəfə «Tovhid» surəsi oxunmalı, namazı qurtarandan sonra 70 dəfə

‏أَسْتَغْفِرُ اللَّهَ وَ أَتُوبُ إِلَيْهِ

«əstəğfirullahə və ətubu iləyh» deyilməlidir.

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən gəlib çatan rəvayətdə buyurulur ki, yerindən qalxmasın ta ki, Allah onun və ana-atasının günahlarını bağışlasın.

3. Qur`ani Məcidi açıq halda üzünün müqabilində tutub de:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ ‏وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ

(Tərcüməsi:)
«İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Sənin nazil olunan kitabına və onun içindəkilərə–onun içində Sənin ən böyük adın və ən gözəl adların, qorxudan və ümüdverici şeylər var–ki, məni cəhənnəm odundan azad olunmuşlardan qərar verəsən.»


4. Bütün cüz`lər olan Qur`anı başın üzərinə qoyub deyərsən:

اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ‏وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلاَ أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ‏

(Tərcüməsi:)
İlahi, Səni and verirəm bu Qur`anın həqqinə və and verirəm o kəsin həqqinə ki, bu Qur`anı ona göndərmisən və and verirəm hər mö`min şəxsin həqqinə ki, onları Qur`anda mədh etmisən və and verirəm Sənin onlar üzərindəki haqqına, Sənin haqqına Səndən artıq agah olan bir kəs yoxdur.

Sonra 10 dəfə deyirsən:

بِكَ
يَا اللَّه


«Bikə ya Allah»
(Səni and verirəm özünə, ey Allah!);


10 dəfə deyirsən:

‏بِمُحَمَّدٍ

«Bi Muhəmmədin»
(İlahi, Səni and verirəm Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in həqqinə)

10 dəfə deyirsən:

‏بِعَلِيٍ‏

«Bi Əliyyin»
(İlahi, Səni and verirəm Həzrəti Əli (əleyhissalam)-ın həqqinə);

10 dəfə deyirsən:

‏بِفَاطِمَةَ

«Bi Fatimətə»
(İlahi, Səni and verirəm Həzrəti Fatimə (əleyha salam)-ın həqqinə);

10 dəfə deyirsən:

‏بِالْحَسن

<

(İlahi, Səni and verirəm Həzrəti İmam Həsən (əleyhissalam)-ın həqqinə);

10 dəfə deyirsən:

‏بِالْحُسَيْنِ‏

«Bil-Hüseyni»
(İlahi, Səni and verirəm Həzrəti Hüseyn (əleyhissalam)-ın həqqinə);

10 dəfə deyirsən:

بِعَلِيِّ بْنِ الْحُسَيْنِ

«Bi Əliyyibnil-Hüseyni»
(İlahi, Səni and verirəm Əliyyibnil-Hüseyn (əleyhissalam)-ın həqqinə);

10 dəfə deyirsən:

‏بِمُحَمَّدِ بْنِ عَلِيٍ‏

«Bi Muhəmməd ibni Əliyyin»
(İlahi, Səni and verirəm Həzrəti Muhəmməd ibni Əli (əleyhissalam)-ın həqqinə);


10 dəfə deyirsən:

‏بِ
جَعْفَرِ بْنِ مُحَمَّدٍ


«Bi Cə`fər ibni Muhəmmədin»
(İlahi, Səni and verirəm Həzrəti Cə`fər ibni Muhəmməd (əleyhissalam)-ın həqqinə);


10 dəfə deyirsən:

‏بِمُوسَى بْنِ جَعْفَرٍ

«Bi Musəbni Cə`fərin»
(İlahi, Səni and verirəm Həzrəti Musəbni Cə`fər (əleyhissalam)-ın həqqinə);

10 dəfə deyirsən:

‏بِعَلِيِّ بْنِ مُوسَى‏

«Bi Əliyyibni Musa»
(İlahi, Səni and verirəm Həzrəti Əliyyibni Musa (əleyhissalam)-ın həqqinə);

10 dəfə deyirsən:

‏بِمُحَمَّدِ بْنِ عَلِيٍ‏

«Bi Muhəmməd ibni Əliyyin»
(İlahi, Səni and verirəm Həzrəti Muhəmməd ibni Əlinin həqqinə);

10 dəfə deyirsən:

‏بِعَلِيِّ بْنِ مُحَمَّدٍ

«Bi Əliyyibni Muhəmmədin»
(İlahi, Səni and verirəm Həzrəti Əliyyibni Muhəmməd (əleyhissalam)-ın həqqinə);

10 dəfə deyirsən:

‏بِالْحَسَنِ بْنِ عَلِيٍ‏

«Bil-Həsən ibni Əliyyin»
(İlahi, Səni and verirəm (Həzrəti Həsən ibni Əli (əleyhissalam)-ın həqqinə);

10 dəfə deyirsən:

‏بِالْحُجَّةِ

«Bil-Höccəti»
(İlahi, Səni and verirəm Həzrəti Höccət ibnil-Həsən (əleyhissalam)-ın həqqinə);
Sonra öz istək və hacətlərini Allahdan istə ki, inşallah Allah dərgahında qəbul olunar.

5. İmam Hüseyn (əleyhissalam)-ı ziyarət etməli.

6. Bu gecələri ehya keçirməli. Rəvayətdə gəlib ki, Qədr gecəsini ehya keçirən şəxsin bütün günahları bağışlanır, hətta əgər göyün ulduzlarının sayı, dağların ağırlığı, dəryaların suyu qədər günahı olsa da belə.

7. Allahın min şərəfli adı olan Coşən kəbir duasını oxumaq.

8. 100 rük`ət namaz qılsın ki, çoxlu fəziləti vardır.

21-Cİ GECƏNİN ƏMƏLLƏRİ

21-ci gecənin fəziləti 19-cu gecənin fəzilətindən artıqdır. Bu gecə də qüsl etməli, gecəni ehya saxlamalı, ziyarət oxumalı, 7 «Qul huvəllah» ilə 2 rük`ət namaz qılmalı, Qur`anı başda tutma əməlini duaları ilə birlikdə yerinə yetirməli, 100 rük`ət namaz qılmalı, «Covşən kəbir» duası və sair duaları oxumalı.

23-CÜ GECƏNİN ƏMƏLLƏRİ

Çoxlu hədislərdən mə`lum olur ki, Qədr gecəsi bu gecədir. Bu gecədə bütün aləmin işləri İlahi hikmət mizanında müqəddər olur. Bu gecə keçən Qədr gecələrindəki əməllər eyniylə təkrar olunur. Bunlardan əlavə, bir neçə əməli də etmək yaxşıdır:

1-«Ənkəbut» surəsini oxumaq,

2-«Ha mim» (Duxan) surəsini oxumaq,

3-«Qədr» surəsini min dəfə oxumaq,

4-Bu duanı bu gecə təkrar etmək:

اللَّهُمَّ كُنْ لِوَيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَى آبَائِهِ‏ فِي هَذِهِ السَّاعَةِ وَ فِي كُلِّ سَاعَةٍ وَلِيّاً وَ حَافِظاً وَ قَائِداً وَ نَاصِراً وَ دَلِيلاً وَ عَيْناً حَتَّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَ تُمَتِّعَهُ فِيهَا طَوِيلا

(Tərcüməsi:)
İlahi, Öz vəli və dostun Höccət ibnil-Həsən (Sənin salavatın ona və onun ata-babalarına olsun) üçün bu saatda və hər saatlarda qəyyum, hafiz, rəhbər, köməkçi, yolgöstərən, keşikçi olub yer üzündə camaatın ona rəğbət bəslədiyi halda məskunlaşdır ki, uzun müddət onu (ne`mətlərindən) bəhrələndirəsən.

5-Qürub zamanı edilən qüsldən başqa, gecənin axırında da bir qüsl almalı.

Monday, October 09, 2006


Diqqət! Diqqət!
Əziz möminlər! Artiq sizi maraqlandıran etiqadi suallarınız cavabsız qalmayacaq. Bu növ suallarınızı www.erfan.ir saytının Azəri bölməsi ən qısa zamanda cavablandıracaq. Xatırladaq ki, suallar görkəmli mutəfəkkir və din xadimi Hüseyn Ənsariyanin nəzarəti ilə cavablandırılacaq.

İMAM HƏSƏNİN MÖVLUDU


Əziz müsəlmanlar! Sizi vilayət səmasının ikinci parlaq ulduzu, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) sevimli nəvəsi, həzrət Əli (ə) və Fatimənin (s) əziz övladı İmam Həsən Muctəbanın (ə) mövludu münasibəti ilə təbrik edirik!

Thursday, October 05, 2006

RAMAZAN HEDIYYESI


Qelbimiz bu mubarek ayda gul kimi etirli, su kimi pak olsun!


Ramazan ayinin əməllari

İmam Sadiq (ə) buyurur:

“Ramazan ayında bağışlanmayan, gələn ilə qədər bağışlanmaz. Ancaq Ərəfədə olsa (bu zaman bağışlanar).”

Mübarək Ramazan ayı dua və ibadət ayıdır. İnsan gərək bu ayda çoxlu dua və ibadət etməklə günahlarının bağışlanmasına müvəffəq olsun və Allahın rəhmətini qazansın. Çünki İslam Peyğəmbəri (s) buyurub:

“Bədbəxt və bəd aqibət o kəsdir ki, bu ayda Allahın bağışlamasından məhrum qala”

Bu üzdən İslam dinində bu ay üçün çoxlu dua və əməllər vardır ki, bunların da bəzisini nəzərinizə çatdırırıq.

Ramazan ayının GECƏLƏRİNDƏ yerinə yetirilən əməllər
1. İftar etmək.

Yaxşı olar ki, (müstəhəbdir) şam namazından sonra iftar edilsin. Ancaq çox zəifləsə və ya onu gözləsələr əvvəl iftar edilib, sonra namaz qılınar.

2. Pak, halal, haram şübhəsi olmayan yeməklərlə iftar etmək.

Yaxşı olar ki, halal xurma və ya su ilə iftar açılsın.

3. İftar vaxtı dua oxumaq.

Əgər bu duanı oxusa Allah ona, bu gündə oruc tutanın savabını verər:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu” (İlahi, sənin üçün oruc tutdum, sənin ruzinlə iftar etdim və sənə təvəkkül etdim).

Və birinci loxmada bu sözləri desin ki, Allah da onun günahlarını bağışlasın:

“Bismillahir rəhmanir rəhim. Ya vasiəl məğfirəti iğfirli” (Rəhmli və mərhəmətli Allahın adı ilə. Ey bağışlaması geniş olan Allahım, məni bağışla).

4. İftar vaxtı Qədr surəsini oxumaq:

“Bismilləhir rəhmanir-rəhim. İnna ənzəlnəhu fi leylətil qədr. Vəma ədrakə ma leylətul qədr. Leylətul qədri xeyrun min əlfi şəhr. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min kulli əmr. Səlamun hiyə hətta mətləil fəcr” (Rəhimli və mərhəmətli Allahın adı ilə. Həqiqətən biz Qur’anı qədr gecəsi nazil etdik. (Ya peyğəmbər) qədr gecəsinin nə olduğunu bilirsənmi? Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyrlidir. O gecə mələk və Ruh (Cəbrail) Rəbbimin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq, əmin amanlıqdır)

5. Əgər mümkün olsa iftar vaxtı bir içim su və bir neçə xurma olsa belə, sədəqə və iftar vermək.

Peyğəmbər (s)-dən rəvayət olunur ki, hər kim oruclu birisinə iftar versə, onun üçün də oruc tutanın savabı yazılar və iftar edənin o yeməyin qüvvətilə etdiyi hər bir yaxşı əməl ona da yazılar. (Ancaq bununla belə onun boynundan oruc tutmaq vəzifəsi götürülməz, onun özünün də oruc tutması vacibdir)

6. Rəvayətdir ki, Ramazan ayının hər gecəsi bu duanı oxuyanın qırx illik günahı bağışlanar.

“Allahummə rəbbə şəhri ramazan əlləzi ənzəltə fihil Qur’an vəftərəztə əla ibadikə fihis-siyam səlli əla Muhəmmədin və ali Muhəmməd vərzuqni həccə beytikəl həram fi ami haza və fi kulli amin vəğfirli tilkəz zünubəl izam fəinnəhu la yəğfiruha ğeyrukə ya Rəhmanu ya Əllam” (Ey Allahım, ey Ramazan ayının Rəbbi və bu Ramazan ayı elə bir aydır ki, bu ayda Qur’an nazil edilib, bu ayda oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun ailəsinə salam və rəhmət göndər və bu ildə və hər bil ildə öz evinin ziyarətini mənə nəsib et və mənim böyük günahlarımı bağışla. Çünki, bu günahları səndən başqası bağışlaya bilməz, ey Rəhimli və xəbərdar olan Allahım)

7. Müstəhəbdir ki, Ramazan ayının hər bir gecəsi iki rikət namaz qılına və hər rikətdə bir dəfə həmd və üç dəfə ixlas surəsi oxuna.

Namazın salamını verdikdən sonra bu dua oxunur:

“Subhanə mən huvə həfiz la yəğful. Subhanə mən huvə rəhim la yəc’əl. Subhanə mən huvə qaim la yəshu. Subhanə mən huvə daim la yəlhu” (Pakdır o Allah ki, qəflətdə olmadan hifz edəndir. Pakdır o Allah ki, (əzab verməkdə) tələsmədən rəhm edəndir. Pakdır o Allah ki, yaddan çıxmadan həmişə sabitdir. Pakdır o Allah ki, daimidir, boş və ləğv işlərdən uzaqdır).

Bu duadan sonra 7 dəfə təsbiati ərbəə deyilir.

(Yəni, “Subhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər”)

Sonra deyilir (1 dəfə):

“Sübhanəkə, sübhanəkə, sübhanəkə ya əzim iğfirliyəz-zənbəl-əzim” (Paksan sən, paksan sən, paksan sən ey əzəmətli Allah, mənim böyük günahlarımı bağışla).

Və bu duadan sonra da 10 dəfə salavat deyilir.

(Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd)

Allah bu iki rikət namazı qılanın 70 min günahını bağışlayar. İnşallah.