<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Friday, October 13, 2006

HӘZRӘT ӘLI ӘLEYHISSALAMIN ŞӘHADӘTI


Nəhrəvan müharibəsindən sonra xaricilər adlı bir dəstə Məkkədə hər gün yığıncaqlar təşkil edib Nəhrəvanda ölənlər üçün ağlayırdılar. Bir gün onlar öz aralarında belə bir fikrə gəldilər ki, oturub ağlamağın mə᾽nası yoxdur. Islam hökumətini devirib qardaşlarımızı öldürən adamları məhv etməliyik. Әvvəlcə Әli, Müaviyə və Әmr ibni Ası öldürmək lazımdır. Bu üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda ibni Mülcəm (lə᾽) ayağa qalxıb «mən Әlini öldürəcəyəm» dedi. Daha sonra Әmr ibni Bəkri Təmimi «mən də Әmr ibni Ası öldürəcəyəm» söylədi. Bir başqası da Müaviyəni öldürməyi öz öhdəsinə aldı.

Onların üçü də and içib mübarək Ramazan ayının 19-u planlarını həyata keçirmək üçün münasib vaxt bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri adamların yaşadıqları şəhərlərə yollandılar. Təəssüflər o iki nəfər işlərində müvəffəq olmadılar, amma Ibni Mülcəm (lə᾽) müvəffəq oldu.

Ibni Mülcəm (lə᾽) Kufəyə gəlib Әli əleyhissalamın düşmənləri ilə əlaqə yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı.
Bir gün Әli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. Ibni Mülcəm (lə᾽) özünü gizlətmək istədisə də Әli (ə) onu görüb belə buyurdu: «Kufəyə nəyə gəldiyini bilirəm».

Bu sözləri eşidən Ibni Mülcəm (lə᾽) qorxdu və ayaqları titrəməyə başladı. həzrət Әli əleyhissalama belə dedi: Onda ey Әli əmr et ki, məni öldürsünlər ya zindana atsınlar, ya da sürgün etsinlər».

Әli (ə) ona baxıb belə dedi: «Bu üç təklifdən hər birini sənin haqqında tətbiq edə bilmərəm. Amma islam dini öldürmə və cinayətdən qabaq qisası rəva görməz. Səni sərbəst buraxıram ki, bəlkə fikrindən dönəsən».

Nəhayət hicri 40-cı ilin Ramazan ayının 19-da Ibni Mülcəm (lə᾽) namazda səcdə halında olan həzrət Әli əleyhissalamın başına zəhərli bir qılıncla vurdu. Bununla da təqva və iman dağını yıxıb həzrət Әli əleyhissalamı şəhid edərək islam dünyasını matəmə qərq etdi. həzrət Әli əleyhissalamın mehrabdakı «And olsun Allaha ki, artıq qurtuldum» səsinin dalınca mələk Cəbrailin səsi yüksəldi: «Vallahi, hidayət sütunları yıxıldı və Әli şəhid edildi.» Camaat Әli əleyhissalamın qatilini tutub imam Həsən-Müctəba əleyhissalama təhvil verdilər. Imamın yaralı bədənini isə öz evinə apardılar.

Imam Әli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: «Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Әgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın.»
Amma əfsus ki, Әli (ə) daha yaşamadı. Və Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni gizlin şəkildə Nəcəfi-əşrəf şəhərində torpağa tapşırıldı.

3 Şərh var:

  • Allah Imam Elinin (e) qatiline lenet elesin! 

    Göndərən: Imam Ashiqi

    11:24 AM  

  • Imam Elinin olumu ve ona edilen haqsizliqlar Islam dinine edilen zulm idi. 

    Göndərən: Imran

    11:27 AM  

  • Allah imam Eli es qatilime bir omur lenet edsin

    4:45 AM  

:
:
:

<< Ana səhifə