<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Thursday, October 05, 2006


Ramazan ayinin əməllari

İmam Sadiq (ə) buyurur:

“Ramazan ayında bağışlanmayan, gələn ilə qədər bağışlanmaz. Ancaq Ərəfədə olsa (bu zaman bağışlanar).”

Mübarək Ramazan ayı dua və ibadət ayıdır. İnsan gərək bu ayda çoxlu dua və ibadət etməklə günahlarının bağışlanmasına müvəffəq olsun və Allahın rəhmətini qazansın. Çünki İslam Peyğəmbəri (s) buyurub:

“Bədbəxt və bəd aqibət o kəsdir ki, bu ayda Allahın bağışlamasından məhrum qala”

Bu üzdən İslam dinində bu ay üçün çoxlu dua və əməllər vardır ki, bunların da bəzisini nəzərinizə çatdırırıq.

Ramazan ayının GECƏLƏRİNDƏ yerinə yetirilən əməllər
1. İftar etmək.

Yaxşı olar ki, (müstəhəbdir) şam namazından sonra iftar edilsin. Ancaq çox zəifləsə və ya onu gözləsələr əvvəl iftar edilib, sonra namaz qılınar.

2. Pak, halal, haram şübhəsi olmayan yeməklərlə iftar etmək.

Yaxşı olar ki, halal xurma və ya su ilə iftar açılsın.

3. İftar vaxtı dua oxumaq.

Əgər bu duanı oxusa Allah ona, bu gündə oruc tutanın savabını verər:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu” (İlahi, sənin üçün oruc tutdum, sənin ruzinlə iftar etdim və sənə təvəkkül etdim).

Və birinci loxmada bu sözləri desin ki, Allah da onun günahlarını bağışlasın:

“Bismillahir rəhmanir rəhim. Ya vasiəl məğfirəti iğfirli” (Rəhmli və mərhəmətli Allahın adı ilə. Ey bağışlaması geniş olan Allahım, məni bağışla).

4. İftar vaxtı Qədr surəsini oxumaq:

“Bismilləhir rəhmanir-rəhim. İnna ənzəlnəhu fi leylətil qədr. Vəma ədrakə ma leylətul qədr. Leylətul qədri xeyrun min əlfi şəhr. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min kulli əmr. Səlamun hiyə hətta mətləil fəcr” (Rəhimli və mərhəmətli Allahın adı ilə. Həqiqətən biz Qur’anı qədr gecəsi nazil etdik. (Ya peyğəmbər) qədr gecəsinin nə olduğunu bilirsənmi? Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyrlidir. O gecə mələk və Ruh (Cəbrail) Rəbbimin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq, əmin amanlıqdır)

5. Əgər mümkün olsa iftar vaxtı bir içim su və bir neçə xurma olsa belə, sədəqə və iftar vermək.

Peyğəmbər (s)-dən rəvayət olunur ki, hər kim oruclu birisinə iftar versə, onun üçün də oruc tutanın savabı yazılar və iftar edənin o yeməyin qüvvətilə etdiyi hər bir yaxşı əməl ona da yazılar. (Ancaq bununla belə onun boynundan oruc tutmaq vəzifəsi götürülməz, onun özünün də oruc tutması vacibdir)

6. Rəvayətdir ki, Ramazan ayının hər gecəsi bu duanı oxuyanın qırx illik günahı bağışlanar.

“Allahummə rəbbə şəhri ramazan əlləzi ənzəltə fihil Qur’an vəftərəztə əla ibadikə fihis-siyam səlli əla Muhəmmədin və ali Muhəmməd vərzuqni həccə beytikəl həram fi ami haza və fi kulli amin vəğfirli tilkəz zünubəl izam fəinnəhu la yəğfiruha ğeyrukə ya Rəhmanu ya Əllam” (Ey Allahım, ey Ramazan ayının Rəbbi və bu Ramazan ayı elə bir aydır ki, bu ayda Qur’an nazil edilib, bu ayda oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun ailəsinə salam və rəhmət göndər və bu ildə və hər bil ildə öz evinin ziyarətini mənə nəsib et və mənim böyük günahlarımı bağışla. Çünki, bu günahları səndən başqası bağışlaya bilməz, ey Rəhimli və xəbərdar olan Allahım)

7. Müstəhəbdir ki, Ramazan ayının hər bir gecəsi iki rikət namaz qılına və hər rikətdə bir dəfə həmd və üç dəfə ixlas surəsi oxuna.

Namazın salamını verdikdən sonra bu dua oxunur:

“Subhanə mən huvə həfiz la yəğful. Subhanə mən huvə rəhim la yəc’əl. Subhanə mən huvə qaim la yəshu. Subhanə mən huvə daim la yəlhu” (Pakdır o Allah ki, qəflətdə olmadan hifz edəndir. Pakdır o Allah ki, (əzab verməkdə) tələsmədən rəhm edəndir. Pakdır o Allah ki, yaddan çıxmadan həmişə sabitdir. Pakdır o Allah ki, daimidir, boş və ləğv işlərdən uzaqdır).

Bu duadan sonra 7 dəfə təsbiati ərbəə deyilir.

(Yəni, “Subhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər”)

Sonra deyilir (1 dəfə):

“Sübhanəkə, sübhanəkə, sübhanəkə ya əzim iğfirliyəz-zənbəl-əzim” (Paksan sən, paksan sən, paksan sən ey əzəmətli Allah, mənim böyük günahlarımı bağışla).

Və bu duadan sonra da 10 dəfə salavat deyilir.

(Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd)

Allah bu iki rikət namazı qılanın 70 min günahını bağışlayar. İnşallah.

0 Şərh var:

:
:
:

<< Ana səhifə