<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Tuesday, October 17, 2006

ILAHI MÖCÜZƏ. O həzrətin xəyanət nəticəsində reallaşan cismani ölümü belə, bəşəri dühasini sarsida bilmədi



Bismillahir Rəhmanir Rəhim. Həzrət Əlinin (ə) şəxsiyyəti o qədər zəngindir ki, heç kəs onu tam təfərrüatı ilə dərk edə bilməz. Bu məsum şəxsin xüsusiyyətlərindən biri, onun insanlar üzərindəki təsiridir. Həzrət Əli (ə) misilsiz və müqayisə olunmaz şəxsiyyətdir. O həm filosof, həm rəhbər, həm də peyğəmbərlərə məxsus xüsusiyyətlərə malikdir. Onun məktəbi həm inqilab, həm də gözəllik məktəbidir. Həzrət Əli (ə) hikmət sahibi, ictimai rəhbər, natiq, yazıçı və bütün gözəllikləri özündə əks etdirən kamil bir insan idi.

Həzrət Əli (ə) Islamı qəbul edən ilk şəxsdir. Bu barədə hamıdan əvvəl Həzrət Peyğəmbər xəbər verərək camaat arasında buyurmuşdur: “Qiyamət günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs Islamı birinci qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır”.

Həzrət Əli (ə) özü isə hədislərin birində belə buyurmuşdur: “Ilahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. Ilk dəfə olaraq sənin xəbərini eşitdim və Peyğəmbərin dəvətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı”.
Qurani-Kərimdə Həzrət Əlinin (ə) vilayətinə işarə olunur: “Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün Islamı seçdim” (“Maidə”, 3).

Həzrət Peyğəmbər (s) son həcc ziyarətindən dönərkən Qədir-Xum adlanan yerdə dayanmağı əmr verdi. Hamı sakit olandan sonra mənbər düzəltdilər və Həzrət gözəl, təsirli xütbə oxudu. O, özünün yaxın günlərdə əbədi evə köçəcəyinə işarə etdi və Həzrət Əlini (ə) özündən sonra din və dünya işlərinin rəhbəri kimi təqdim edərək onun əlini yuxarı qaldırdı və buyurdu: “Ey camaat, hər kəs məni mövla bilirsə, Əli onun mövlasıdır”.
Həmin gün Mühacir və Ənsar Həzrətin çadırına gedib, onu təbrik etdilər.

HƏYATI

Həzrət Əli (ə) “Amul-fil” (Fil ilinin) 30-cu ilində, Hicrətdən 23 il əvvəl, rəcəb ayının 13-də Kəbə evində dünyaya gəlmişdir. Atası Əbutalib, anası isə Fatimə Əcəd qızı olmuşdur. Bu barədə ibn Qənəb belə deyir: “Əbdül Mütəllibin oğlu Abbas və başqaları ilə Allah evinin qarşısında dayanmışdıq. Əsəd qızı Fatimə Allahın evinə tərəf gəldi və dedi: “Ey Allahım Sənə, Peyğəmbərlərə və kitablara inamım vardır. Səni, bu evi əmrinlə tikən Ibrahim (ə)-a və bətnimdə olan bu uşağa and verirəm ki, onun doğulmasını mənə asan elə”.

Elə bu zaman Allah evinin divarı yarıldı və o əziz xanım içəri daxil oldu. Allahın hikməti ilə divar yenidən qapandı...

Dörd gündən sonra əziz xanım qucağında bir körpə Allahın evindən bayıra çıxdı və dedi: “Qeybdən bir səs gəldi ki, bu uşağın adını Əli qoy”.

Həzrət Əli (ə) ömrünün əsas formalaşma dövrünü Mühəmməd Peyğəmbərin evində, onun təlim-tərbiyəsi altında keçirmişdir. Peyğəmbər Əli (ə)-ı öz öhdəsinə götürərək buyurmuşdur: “O kəsi seçdim ki, Allah-Təala onu mənim üçün seçmişdir”.
Ümumiyyətlə, Əbu-Talibin uşaqları arasında Həzrət Əlini (ə) Peyğəmbərin (s) gözü tutmuşdu.

ƏLI (Ə) HIRA MAĞARASINDA

Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var ki, o da bu dağın adı ilə əlaqədar Hira mağarası adlanırdı və Peyğəmbər bir ay ərzində bu mağarada ibadətlə məşğul olardı. Tarixçilərin dediyinə görə, Peyğəmbər (s) Əlini (ə) özü ilə həmin Mağaraya aparardı və vəhy mələyi ilk dəfə Hira mağarasına gəlib Mühəmmədin (s) Allah-Təala tərəfindən Peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, Həzrət Əli (ə) da onun yanında olub.

ƏLI (Ə) DÖYÜŞ MEYDANLARINDA

Həzrət Əlinin (ə) həyatı Peyğəmbərin hicrətindən və o Həzrətin vəfatına qədər çoxlu hadisələrlə, xüsusən döyüş meydanında göstərdiyi hünər və şücaətlərlə doludur. Buna misal olaraq Bədr döyüşü, Ühüd, Xəndək, Cəməl, Nəhrivan və Siffeyn döyüşlərini göstərmək olar.

HƏDISLƏRI

* Ey camaat, sizin üçün məni nigaran edən ən qorxulu şey iki növdür: nəfsani hərəkətlərinizə itaət etməyiniz və uzun-uzadı arzularınız. Nəfsani həvəslərə itaət etmək insanı düz və haqq yoldan saxlayar, uzun-uzadı arzular isə Axirəti unutdurar.

* Qeyrətli adam heç vaxt zina etməz.

* Istər ciddi, istərsə də zarafatyana yalanları tərk etməyən şəxsin imanı olmaz.

* Dünya bir ilan kimidir, yumşaq və incə olduğuna baxmayaraq, öldürücü zəhəri var. Nadan ona bel bağlayar, ağıllı və ayıq adam ondan çəkinər.

* Camaatı bir əmələ çağıran və özü öz çağırışına əməl etməyən adam, yaysız kamanla ox atan adama bənzər.

0 Şərh var:

:
:
:

<< Ana səhifə