<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Sunday, October 30, 2005

Zühur və qadınlar



Nə üçün, Həzrət Məhdinin (ə.c.) səhabələri haqqında danışarkən yalnız kişilərdən söhbət açılır, məgər qadınlar bu səadətdən məhrumdur?
Cavab: –Həzrət Məhdinin (ə.c.) qiyamında kişilər haqqında daha çox bəhs edilməsinin səbəbi budur ki, zühur haqqqında danışılarkən ən çox döyüş və mübarizə məsələləri açıqlanır ki, bu da demək olar ki, yalnız kişilərə aid olan işdir. Qadınlar isə arxa cəbhədə və müxtəlif sahələrdə Həzrətə (ə.c.) dayaq olacaqlar.
Onu da deyək ki, bə`zi rəvayətlərdə, həzrət Məhdinin (ə.c.) 313 nəfər səhabəsi haqqında söz açılarkən orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olunmuşdur. O cümlədən, İmam Baqir (ə) buyurmuşdur:
«And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində bir yerə toplaşacaq. Onların arasında əlli nəfər qadın vardır. Onlar payız buludları kimi, bir yer toplaşacaqlar.»
Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur:
«On üç nəfər qadın daim həzrət Məhdi (ə.c.) ilə birlikdədir.»
Sonra, qadınların işi barədə maraqlanan Müfəzzələ buyurdu:
«Həzrət Peyğəmbərin (s) dövründə olduğu kimi, bu qadınlar da yaralıları müalicə edəcək və döyüş əlillərinə qulluq edəcəklər.»
–Həzrət Məhdinin (ə.c.) zühurunun cahanşümul olduğunu nəzərə almaqla sizə elə gəlmir ki, İmamın qoşununun sayı az görünür?
Cavab: –Xeyr. 313 nəfər zühurun əvvəlində Həzrətə (ə.c.) qoşulacaq, sonra isə günbəgün insan seli Həzrətə tərəf axışacaq.
Daha aydın desək, onlar həzrət Məhdinin (ə.c.) hökumətinin əsas özəyi olan şəxslərdir. Məsələn, bir rəvayətdə bu barədə belə buyurulur:
«İlahi kamala malik 313 nəfər «Həcərül-əsvəd»lə «Məqami-İbarahim»in arasında həzrət Məhdi (ə.c.) ilə bey᾽ət edəcək. Onlar, Həzrət Məhdi (ə.c.) dövlətinin məs᾽uliyyətlərinin ağır yükünü öz öhdələrinə götürmüşlər.»
Habelə buyurmuşdur:
«Rumun fəthi döyüşündə həzrət Məhdinin (ə.c.) 70000 nəfər «Əllahu Əkbər» şüarı deyən qoşunu iştirak edəcək. Onların ilk «Əllahu Əkbər» gurultulu təkbirilə Rumun üçdə bir hissəsi, ikinci təkbirlərin gurultusu ilə üçdə iki hissəsi, üçüncü ilə isə, bütün ərazisi azad olunacaq.»
İmam Baqir (ə) başqa bir rəvayətdə buyurmuşdur:
«Kufə əhalisindən 70000 sadiq şəxs İmam Məhdini (ə.c.) himayə etmək üçün ayağa qalxacaq.»

Friday, October 28, 2005

Gözlər səni gözlər!


Dön gəl geri ey yar , bu gözlər səni gözlər,
Yollarda qoyub getdiyin izlər səni gözlər.

Sən getmisən əfsus, qalan bircə qəmindir,
Sənsiz bu qəmi könlüm əzizlər səni gözlər.

Sevdim sözünü kimsəyə sənsəz deyə bilməz,
Qəlbim bu təmiz sevgini gizlər, səni gözlər.

Gözlər yolunu həsrət ilə aşiq olanlar,
Tək biz deyilik, bizlər kimi yüzlər səni gözlər.

Gəl çat bizim imdadımıza ey son ьmidimiz,
Ey kani-şəfa dərdli mərizlər səni gцzlər.

Səndən utanıb gizlənəcək eyri olanlar,
Amma nə qədər var isə düzlər səni gözlər.

Məsum mələyim gəl yenə sən Narini dindir,
Şirin məzəli sevgili sözlər səni gözlər
Nari

Thursday, October 27, 2005

Qüds günü


Mübarək Rəməzan ayının axır cüməsi Fəlistin xalqından himayət laraq "Qüds günü " elan edilib.Bu gündə dünya musalmanları xiyabanlara axışaraq din qardaşlarının tamdalanmış huquqlarını müdafiə edirlər. Bir az ətraflı diqqət etdikdə bu günün tekcə fələstinlilərə deyil bəlkə bütün torpaqları işğal edilmiş ölkələrə o cumleden Azerbaycan, Bosniya, Efqanıstan, Livan,İraq ve s. ölkelerinə də aid və bu ölkələrdən himayet etmek deməkdir. !

Thursday, October 06, 2005

Ey Mövla! Səni dərk edən olmadı


Ey rüzgar! Sən bütün qüdrətinlə, ey təbiət sən bütün istedadınla ayrı bir ƏLİ yarada bilərsənmi?!

Tuesday, October 04, 2005

Mesumların həzrət Məhdi(ə) ilə bağlı söylədikləri


Mesumların həzrət Məhdi (ə) ilə bağlı söylədikləri.
1) İslam peyğemberi hezret Mehemmed (s) buyurmuşdur:
“Bizim ailemizin heqiqi Qaimi qiyam etmedikce qiyamet günü gelmeyecekdir. Bu qiyam Allah-taalanın bu işe icaze verdiyi zaman baş verecekdir. O imama itaet eden nicat tapacaq, onun gösterişlerine emel etmeyenler ise mehv olacaq. Ey Allah bendeleri! Allahı unutmayın! Qarlar üzerinde sürünmeyiniz lazım olsa bele ona teref gedin. Çünki o, Allahın xelifesi ve menim canişinimdir.”

2) İmam Eli (e) İmam Hüseyne (e) buyurdu:
“Ey Hüseyn, senin doqquzuncu övladın haqqa göre qiyam eden, dini aşkarlayan ve edaleti yayandır.”
İmam Hüseyn (e) buyurur: “Soruşdum ki, ey Emirelmö`minin, bu mütleq baş verecek?
Hezret buyurdu: “Mehemmedi (s) peyğemberliye seçen ve onu bütün yaranmışlardan uca tutan Allaha and olsun ki, mütleq olacaq! Amma bu iş saf, xalis ve yeqinli ruha sahib olan iman ehlinden savayı, kimsenin ondan salamat çıxa bilmeyeceyi qeyb ve çaşqınlıq dövründen sonra olacaqdır. Onlar o keslerdir ki, Allah bizim vilayetimizle bağlı onlardan ehd-peyman almış, imanı qelblerine hekk etmiş ve öz terefinden olan ruhla onlara kömek göstermişdir.”
3) Hezret Fatime (e):
“Allah peyğemberi (s) mene buyurdu: “Ey Fatime, xoş senin halına! Mehdi senin neslindendir.”
4) İmam Hesen (e):
“Biz Ehli-beytin heç biri mecburiyyet üzünden zamanın tağutuna qarşı şıxa bilmeyecekdir. Lakin Hezret Mehdi bu cür olmayacaq.
Meryem oğlu İsa onu arxasında namaz qılacaqdır.
Allah onun dünyaya gelişini gizli suretde heyata keçirecek ve heç bir zalıma tabe olmamaq üçün onu qeybe çekecekdir.”
5) İmam Hüseyn (e):
“On iki hidayet rehberi bizdendir. Onların birincisi Emirelmö`minin Eli ibn Ebutalib (e), sonuncusu ise menim doqquzuncu övladımdır. O, haqq uğrunda baş verecek qiyamın rehberi olacaqdır. Allah taala ölmüş yer üzüne onun vasitesile can verecek ve onun elile haqq dinini bütün dinler üzerinde qelebe çaldıracaqdır. Allah bu işi müşriklerin xoşuna gelmese bele heyata keçirecekdir.”
6) İmam Zeynelabidin (e):
“Bizim Qaimimiz iki defe qeybe çekilecek ve onların biri o birinden uzun çekecek... Bu qeyb o qeder uzun çekecek ki, vilayete e`tiqadlı olanların çoxu yolunu azacaq. O gün güclü imanı, düzgün dünyagörüşü, qelbinde bizim hökm ve gösterişlerimize şekk ve tereddüdü olmayan ve biz Ehli-beyte tabe olan keslerden başqa heç kim imanında sabit qala bilmeyecek.”

7) İmam Baqir (e).
Ravi deyir: “İmamdan Tekvir suresinin 15 ve 16-cı ayeleri −Fela uqsimu bil-xünnes, el-cevaril künnes − baresinde soruşdum.
Buyurdu: “Bu ayelerde meqsed axırüzzamanda zühur edecek şexsdir. O, bizden olan hemin Mehdidir (e). Onun zühurundan önce qeyb ve çaşqınlıq olacaq. O zaman bir qrup yolunu azar, diger bir qrup ise hidayet olunar. Onu görsen xoş halına! Onu gören her bir kesin xoş halına.”

8) İmam Sadiq (e):

“Zühur sahibi qeybe çekilecek. Allah bendeleri hemin dövrde teqvalı olmalı ve öz dinlerinden möhkem yapışmalıdırlar.”

9) İmam Kazim (e):
“Hezret Mehdi didergin, tenha, qerib, qaib, yaxınlarından ayrı ve atasının qanını alacaq şexsdir.”


10 İmam Rza (e):
“İmam Hesen Esgeriden (e) sonra oğlu Höccetil Qaim imam olacaq. O, qeyb zamanında intizarı çekilen ve zühur zamanında ise itaet edilecek şexsdir. Dünyanın sonuna hetta bir gün qalsa bele, Allah o günü o qeder uzadacaq ki, zühur ederek zülm ve fesadla dolmuş yer üzünü edaletle doldursun.”


11) İmam Mehemmed Teqi (e).
Ondan İmam Mehdinin ne üçün “Müntezer” adlandırılması barede soruşduqda bele buyurdu: “O, uzunmüddetli qeybe çekilecek. O dövrde xalis iman ehli onun münteziri, şekk edenler münkiri olarlar. İnkar edenler bu işe istehza ile yanaşar, zühur vaxtını te`yin edenlerin sözü inkar olunar, telesenler helak olar, teslim olanlar ise nicat taparlar.”


12) İmam Eliyyen Neqi (e):
“Sahibiniz ve imamınız sitemkarların diyarından qeybe çekildiyi zaman qurtuluşun intizarında olun.”


13) İmam Hesen Esgeri (e):
“Oğlum Mehdini inkar edenler o adama benzeyirler ki, bütün peyğemberleri qebul etmiş, amma Mehemmedin (s) peyğemberliyini inkar etmişdir. Allah peyğemberini (s) inkar edenler ise bütün peyğemberleri inkar eden kimidir. Ona göre de bizim sonuncumuza itaet evvelincimize itaet, sonuncumuzu inkar evvelincimizi inkar kimidir.”