<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Saturday, May 06, 2006

İMAM HƏSƏN ƏSKƏRİ(Ə)IN HƏYATI


İmam Həsən Əskəri(ə)-ın həyatı barədə qısa mə’lumat
Şiələrin on birinci imamı həzrət Həsən Əskəri(ə) hicrətin iki yüz otuz ikinci ilində anadan olmuşdur. Atası onuncu imam həzrət Əli ən-Nəqi(ə), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. Bə’zi tarixçilər onun adını Süsən qeyd etmişlər. Bu qadın təqvalı və İslam baxımına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, imam Həsən Əskəri(ə)-ın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.İmam Həsən Əskəri(ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. O həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, künyəsi isə Əbu Mühəmməd olmuşdur. O həzrət iyirmi iki yaşında ikən atası vəfat etmişdir. Altı il şiələrin imamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn edilmişdir.

BAYRAMINIZ MÜABAREK!


Eziz müselman bacı ve qardaşlar. Sizi İmam Zamanın atası imam Hesen Esgerinin mövludu münasibeti ile tebrik edir ve siə Mesumlara göz ardıcıl olmağı arzu edirik.