<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Sunday, November 27, 2005

Əza günü


Əhli-beyt (ə) məzhəbinin altıncı imamı Cəfər Sadiqin (ə) şəhadəti münasibəti ilə İmamət asimanının 12-ci parlaq ulduzu İmam Zamana (ə), bütün dünya müsəlmanlarəna, xusüsi ilə şiələrə başsağlığı deyirik.
İMAM CӘ`FӘR SADİQ (әleyhis-salam)

Lәqәblәri: ... Sadiq, Tahir, Qaim, Kafıl, Münci, Sabir, Müsәddiq, Mühәqqiq, Kaşifül-hәqaiq.
Künyәsi: ... Әbu Әbdillah.
Atası: ... Məhәmmәd Baqir (әleyhis-salam)
Anası: ... Fatimә.
Doğulduğu gün: ... 17 Rәbiül-әvvәl.
Doğulduğu yer: ... Mәdinə.
Doğulduğu il: ... 83-cü hicri ili.
Şәhid olduğu gün: ... 25 şәvval.
Şәhid olduğu il: ... 148-ci hicri ili.
Ömrü: ... 65 il.
Şәhadәtinin sәbәbi: ... O hәzrәti (ə), Mәnsur Dәvaniqi zәhәrlәmişdir.
Dәfn olunduğu yer: ... «Bәqi'» qəbiristanlığı.
Övladlarının sayı: ... 10 (7 oğlan, 3 qız).
Oğlanları:
1. İsmayıl.
2. Әbdüllah (Әftәh).
3. Musa Kazim (әleyhis-salam).
4. İshaq.
5. Mәhәmmәd Dibac.
6. Abbas.
7. Әli.
Qızları:
1. Fatimә.
2. Әsma.
3. Ümmü-Fәrvә.
Üzüyündәki yazı: «Allahu Xaliqu kulli şәyin.» (Allah hәr bir şeyin xaliqidir).
İMAM SADİQDƏN (Ə) QISA KӘLAMLAR

1. Qardaşının istәyini yerinә yetirmәk üçün çalışan hәr bir müsәlman, Allah yolunda cihad edәnlәr kimidir.
2. Namazlarına əhəmmiyət verməyən kimsә, qiyamәt günündә bizim şәfaәtimizә nail olmayacaqdır.
3. Dünyanı sevmәk vә ona bağlılığın nәticәsi narahatlıq vә kәdәrdir. Dünyada tәqvalı vә pak olmağın nәticәsi isә ruh vә bәdәnin rahatlığıdır.
4. Güclülәrin gücsüzlәrdәn intiqam alması nә qәdәr dә pisdir.
5. Uşaqlarınız sizә yaxşılıq etsinlər deyə, siz dә ata-analarınıza yaxşılıq edin.
6. Xalq arasında özündәn daha elmli bir şəxsin olmasına baxmayaraq, xalqı özünә tәrәf çağıran kimsә azğındır.
7. Doğru olmayan zarafatlardan çәkinin. Çünki düşmәnçiliyә vә bir-birinizә kin bәslәmәyә sәbәb olar.
8. Münafiqin nişanәlәri üç şeydir: 1. Danışanda yalan deyәr; 2. Verdiyi vә'dә vәfa etmәz; 3. Әmanәtә xәyanәt edәr.
9. Başqalarına paxıllıq etmәyin, çünki (paxıllıq) sizi Allahdan uzaqlaşdırar.

Saturday, November 26, 2005

Intizar


Gör nə vaxtdır gözlərim gözlər səni,
Hər gecəm, gündüzlərim gözlər səni,
Yad deyil əzizlərim gözlər səni,
İntizarlı sözlərim gözlər səni.

Gəl sən Allah qəhridən qurtar məni,
Qem kədərlər şəhridən qurtar məni,
Pis və çirkab nəhridən qurtar məni,
Dövrüdə hər sehridən qurtar məni,

Görəsən hüsnünü seyr eyliyərəm mən nə zaman?
Edəcək tərk həyatımı duman və çən nə zaman?
Məhv edib qüssələri olmalıyam şən nə zaman?
Mənə xoş anları bəxş eyləyəcəksən nə zaman?

Gəlginən ey gözümün qarəsi gəl,
Gəl mənim könlümün parəsi gəl,
Ağrayır qəlbimin yarəsi gəl,
Gəl mənim dərdimin çarəsi gəl!

Bilmirəm ki, gedim hara sənsiz,
Günlərim qeyd olur qara sənsiz,
Gəlmişəm dərdidən zara sənsiz,
Tapmıram dərdimə çara sənsiz.

Gör neçə ildir ki, Müntəzirəm,
Eşqimin zindanında əsirəm,
Axtarıram səni mən gəzirəm,
Ayrılıqdan usanıb bezirəm.

Həbib Müntəzir

Monday, November 21, 2005

İmam Mehdinin (ə) kəramətləri


Bismillahir Rəhmanir Rəhim
(baş vermiş həqiqətlər əsasinda)

Ön söz
Hər şeydən öncə bir alim şəxsin imam Zaman (ə)-la görüşməyində, zaman və məkanin tə"sirindən əlavə ruhi və mənəvi amillərin tə"sirinin də böyük rolu vardir. Belə şəxslərin gərək qəlb gözlərində olan pərdələr götürülsün və görmək qabiliyyətinə yiyələnsinlər.DAVAMI

Thursday, November 03, 2005

Bəqi faciəsi

Bəqi qəbiristanı dağıdılmamışdan qabaq
Vəhhabilər hicri 1343-cü (1922 miladi) ildə həzrət Əbdül-Müttəlib, Əbu Talib və Xədicənin (ə) məqbərələrini, həzrət Peyğəmbər (s) və qızı Fatimənin (ə) doğulduğu məkanı yerlə yeksan etdilər.Cəddə şəhərində həzrət Həvvanın (ə) qəbrini, Rəsuli- əkrəmin qəbirüstü günbəzini top atəşinə tutdular. Lakin dünya müsəlmanlarının baş verə biləcək kütləvi etirazlarını nəzərə alıb o həzrətin (s) qəbrini dağıtmaqdan çəkindılər. Həmçinin hicri 1343-cü ildə Bəqi qəbiristanlığına hücum edərək İmam Həsən (ə), İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) hərəmlərini (məqbərələrini) viran qoyub, hərəmdə olan nəfis əşyaları qarət etdilər. Elə həmin ildə Kərbəla şəhərinə yürüş edərək İmam Hüseynin(ə) zirehini (qəbir ətrafı dəmir barmaqlıq) sِküb qiymətli əşyaları qarət, 800-ə yaxın seyid və ailimi qanına qəltan etdilər. Sonra Nəcəf şəhərinə tərəf hərəkət etmək istədikdə yerli əhali tərəfindən məğlub edilərək geri qaytarıldılar.

Bariz nümunə


Yuxarıda müşahidə etdiyiniz şəkil (İmam Həsən, İmam Zeynülabidin, İmam Məhəmməd Baqir, İmam Sadiq (ə) məzarlarə) , müsəlmanlıq iddiası eden, lakin Ehli-beyt (ə) xanədanına kin bəsləyib , onların tərəfdarlarını terror eden vəhhabilərin cinəyətlərindən bir nümunədir.

Ramazan bayramınız mübarek


Əziz mömin bacı və qardaşlar! Sizi Ramazan bayramı münasibeti ilə tebrik edir və hamınıza Allahın rəhmətini arzu edirik