<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Wednesday, December 14, 2005

Imam Rzanin movludu munasibeti ile sizleri tebrik edirik!

Friday, December 02, 2005

MÜSABİQƏ


Diqqət! Diqqət!
www.imammehdi.be dini saytı mömin bacı və qardaşlar arasında “İntizar” adlı müsabiqə keçirir!
Müsabiqənin şərtləri:

İmam Məhdinin (ə) heyatı ilə gencləri taniş etmək məqsədi ilə keçirilən bu müsabiqədə, iştirakçılar o həzrətin heyatı, qeybəti, intizarı haqqında məqalə, şer və ya digər bədii əsərlər yazib, onalrı dekabr ayının 25-inə qədər BU UNVANA göndərməlidirlər.
Bizə göndərilən əsərlər arasında "3" ən yaxşı əsər seçiləcək və onalrın müəlliflərinə 2 cild kitab hədiyyə ediləcəkdir. Hədiyyələr Bakıda yerləşən dini maqazaların birində qaliblərə təqdim ediləcək.
Hörmətli Məhdi sevərlər! Bu mənəvi müsabiqədə iyaxından iştirak etməyə tələsin!

Həzrət Məsumənin (s) movludu



Əziz müsəlmanlar! Sizi, 7-ci İmam Musa Kazımın (ə) qızı həzrət Fatimə Məsumənin (s) mövludu münasibəti ilə təbrik idir və sizə Əhli-beyt (ə) məktəbinin əsl davamçısı olmağı arzu edirik. Bayramınız mübarək!
Həzrət Məsumə (s)
Yeddinci İmam Musa Kazımın (ə) qızı olan həzrət Fatimə Məsumə (s) hicri 173-cü il, Zilqədə ayının 1-ində Mədinə şəhərində dünyaya göz açdı.
Həzrət Məsumə (s) İmam Rzanın (ə) , həzrət Həkimənin(s) ( Bibi Heybət ləqəbi ilə məşhurdur.Qəbri Bakı şəhərinin girəcəyində yerləşir), həzrət Rəhimənin (s) (qəbri Bakının Nardaran qəsəbəsində yerləşir) bacısıdır.
İmam Rza (ə) Mərv şəhərinə aparıldıqdan sonra, o xanım qardaşını ziyarət etmək üçün Mədinədən Mərvə səfər edir. Save şəhərinə çatdıqda həzrət Məsumə (s) gözlənilmədən xəstələnir və səfərini davam etdirə bilmədiyi üçün şiələrin mərkəzi olan Qum şəhərinə gedir. O xanımın Quma daxil olduqda xalq tərəfindən təntənə ilə qarşılanır.Xəstələnməsindən 10 gün keçdikdən sonra Rəbius sani ayının əvvəllərində əbədiyyətə qovuşur. Qəbrı hal hazırda Qum şəhərində möminlərin ziyarətgahına çevrilmışdır.
İmam Sadiq (ə) buyurmuşdur: " Allahın evi Məkkə, həzrət Peyğəmbərin (s) evi Mədinə, Əmirəlmöminin Əlinin (ə) evi Küfə, mənim və övladlarımın evi İslam ə Qum şəhəridir.( Biharul -ənvar, c60, səh 266)

İmam Cavad (ə) buyurmuşdur: “Hər kəs Qum şəhərində bibimi ziyarət edərsə cənnətə daxil olacaqdır”.
Həzrət Məsumənin (s) Ziyarətgahı İmam Zamanın (ə f) ziyarətgahıdır
Böyük övliyalardan biri yuxuda bir şəxsin ona belə dediyini görür: “ Hazırda İmam Zaman (ə) bibisinin (həzrət Məsümənin (s) ) qbrini ziyarət edir. Ziyarət sona yetdikdən sonra İmam (ə) sizə gələcəkdir.Lakin, kitabxananızda müxalif kitablar çoxdur. O həzrət onları xoşlamır.Sən kitabları kitabxanadan xaric etməlisən!" O, deyir: "Mən tez o kitablarıkitabxanamdan xaric etdim”. Sonra ona deyir: "Bu xalçaları da yığışdır. İki dənəsi kifayət edər.Lakin, xalçaların resmləri görsənməsin deyə onalrı çevir”.
Bu sadiq yuxu həzrət Məsumənin(s) hərəminin əzəmətini nəzərə çarpır.Həmçinin, İmamla (ə) görüşmək istəyinə nail olmaq üçün Əhli-beyt (ə) məhəbbətini ürəkdə möhkəmləndirməli və onalrın müxaliflərinə nifrət etmək lazımdır.Habelə, dünyanın fani zinətlərinə goz yumaraq, haramdan uzaq, halal ruzi ilə sadə həyat yaşanılmalıdır.Bu halda İmam zamanla (ə f) görüşmık səadəti asanlaşacaqdır.