<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Friday, December 08, 2006

Həzrət Məhdi(ə) ilə görüş


İmam Həsən Əskəri(ə)-ın həyatından danışarkən geniş mə’lumat verdiyimiz kimi, zalım Abbasi hökuməti o həzrətin (imam Əskəri(ə)-ın) oğlunu ələ keçirib öldürmək məqsədilə imam Əskəri(ə)-ın evini ciddi nəzarət altında saxladığından imam Məhdi(ə)-ın anadan olması imam Həsən Əskəri(ə)-ın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mö’təbər xəbəri o həzrətin anadan olmasının yaxından şahidi olmuş imam Həsən Əskəri(ə)-ın bibisi Həkimə xanım vermişdir. Qeyd etmək lazımdır ki, o həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yə’ni, imam Həsən Əskəri(ə)-ın sağ olduğu müddətdə həzrət Məhdi(ə)-ı beş-altı yaşına qədər heç kəs görməmişdir. Xeyr, şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o həzrəti görməyə nail olmuş, beləliklə də onun anadan olmasına yəqinlik edir, lazım gəldikdə başqa şiələrə də bu haqda mə’lumat verirdilər. (Necə ki, bu görüşlərdən birini imam Həsən Əskəri(ə)-ın həyatından danışarkən qeyd etmişdik.) Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş,1 lakin bunların içərisində ən əsası çox güman ki, imam Həsən Əskəri(ə)-ın qırx səhabəsinin o həzrətlə görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.Həsən ibn Əyyub ibn Nuh2 deyir: “İmam Həsən Əskəri(ə)-dan sonrakı imamın kim olacağı barədə soruşmaq üçün o həzrətin yanına getdik. Orada qırx nəfər idik. (Sonradan imam Məhdi(ə)-ın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: “Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm.” İmam Həsən Əskəri(ə) Osmana “əyləşin” -deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: “Heç kim durub getməsin.” Buna görə də kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra imam Əskəri(ə) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: “İstəyirsiniz bura nə üçün gəldiyinizi deyim?” Hamı “buyurun” -deyə cavab verdi. İmam buyurdu: “Bura məndən sonra kimin imam olacağı barədə soruşmaq üçün gəlmisiniz.” Hamı “bəli” dedi. Bu vaxt ay kim işıqlı (nurani), imam Həsən(ə)-a oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri(ə) ona işarə edərək buyurdu: “Bu, məndən sonra sizin imamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər...”